Şərtlər və Qaydalar

Qüvvəyə Minmə Tarixi: 15.04.2026

DataRace.AI, Milli Süni İntellekt Mərkəzi (“Şirkət,” “biz,” “bizə” və ya “bizim”) tərəfindən idarə olunan süni intellekt yarış/müsabiqə platformasına xoş gəlmisiniz. DataRace.AI-dən istifadə etməklə siz bu Müqaviləyə əməl etməyə və ona bağlı olmağa razılıq verirsiniz. Əgər bu şərtlərlə razı deyilsinizsə, xahiş edirik, DataRace.AI platformasından istifadə etməyin.

Xahiş edirik nəzərə alın ki, spesifik olaraq qeyd edilmədiyi halda, bu qaydalar bütün platformaya və yarışlara şamil edilir.

a. Bütün Azərbaycan vətəndaşları aşağıdakı hallar istisna olmaqla, istənilən DataRace.AI yarışında fərdi olaraq iştirak edə bilərlər:

b. NAIC-in tam-ştatlı, yarım-ştat və ya müqavilə əsasında çalışan əməkdaşları;

c. Konkret yarışı yaratmış şirkətin tam-ştatlı, yarım-ştat və ya müqavilə əsasında çalışan əməkdaşları;

d. Müsabiqənin dizaynına kömək etmiş, datasetləri toplamış və ya hazırlamış, yaxud kod nəzərdən keçirilməsində iştirak edən/edəcək şəxslər müsabiqədə iştirak edə bilməzlər.

e. DataRace.AI müsabiqələrində iştirak etmək üçün 18 yaşınız və ya daha böyük olmalısınız.

a. Həllər hazırlanarkən istifadəçilər yalnız açıq mənbəli, ictimai olaraq əlçatan paketlərdən istifadə etməlidir.

b. DataRace.AI yarışlarında kənar mənbələrdən götürülmüş datasetlərə icazə verilmir.

c. Kənar datasetlərə icazə verildiyi halda, yalnız hər kəs üçün pulsuz əlçatan olan datasetdən istifadə edə bilərsiniz. Datasetlər istifadə edilməzdən öncə yarışın “Müzakirə” hissəsində ictimai şəkildə paylaşılmalıdır.

d. AutoML kimi avtomatlaşdırılmış maşın öyrənmə alətlərinin istifadəsinə icazə verilmir.

e. Standart kitabxanalarla açıq şəkildə hər kəsə əlçatan olan öncədən öyrədilmiş modellərdən istifadə edə bilərsiniz.

f. DataRace.AI müsabiqələrindəki datasetlər yalnız DataRace.AI və müsabiqə ev sahibinin mülkiyyətidir. Müsabiqədə iştirak etməyən heç bir tərəfə müsabiqə datasını ötürmək, dublikat etmək, dərc etmək, yenidən paylaşmaq və ya başqa şəkildə təqdim etmək olmaz (bura datanı Kaggle, GitHub və ya oxşar hər hansı ictimai sayta yükləmək daxildir). Datanı Google Colab, AWS və ya oxşar istənilən bulud platformasında yükləyə, saxlaya və istifadə edə bilərsiniz, bu şərtlə ki: 1) data gizli qalsın və 2) bu, DataRace.AI-ın istifadə şərtlərinə zidd olmasın.

g. Yarış datasetini icazəsiz ötürmə və ya icazəsiz giriş barədə məlumat alan kimi DataRace.AI-a dərhal xəbər verməli və icazəsiz ötürmə və ya girişin aradan qaldırılmasında DataRace.AI ilə əməkdaşlıq etməlisiniz.

h. Həlliniz heç bir üçüncü tərəfin hüquqlarını pozmamalıdır və qalib həll kodundakı bütün müəllif hüquqlarının DataRace.AI-a və yarışma yaratmış şirkətə həvalə edilməsinə hüquqi cəhətdən səlahiyyətli olmalısınız.

a. Hər müsabiqənin gündəlik maksimum təqdimetmə sayı və bütün müsabiqə üçün maksimum təqdimetmə sayı müəyyən edilmişdir.

b. Qəbul edilən təqdimetmə formatları CSV fayllarıdır. CSV faylları ilə bərabər IPYNB faylları da təqdim edə bilərsiniz.

c. Qeyd: təqdimetmənizin sayılması üçün əvvəlcə emal mərhələsindən keçməlidir. Emal zamanı təqdimetməniz uğursuz olarsa, sayılmayacaq və dəqiqlik xalı almayacaq; həmçinin gündəlik təqdimetmə limitinizə də daxil edilməyəcəkdir.

d. İstənilən müsabiqə üçün istifadəçilər müsabiqə təqdimetmələri səhifəsindəki təqdimetmə siyahısından gizli liderlər cədvəli üçün qiymətləndirilməsini istədikləri iki təqdimetməni seçə bilərlər. İstifadəçi təqdimetmə seçmədiyi halda, DataRace.AI onları ictimai liderlər cədvəlindəki ən yüksək xallı iki təqdimetmə əsasında gizli liderlər cədvəlində qiymətləndirəcəkdir.

e. DataRace.AI hər müsabiqə üçün ictimai liderlər cədvəli və gizli liderlər cədvəli saxlayır. İctimai liderlər cədvəli test datasetinin təxminən 30-50%-ni əhatə edir (faiz müsabiqə detalları səhifəsində göstərilir). Müsabiqə açıq olarkən, ictimai liderlər cədvəli təqdim olunan həlləri əldə etdikləri dəqiqlik balına görə sıralanır. Müsabiqə bağlandıqdan sonra test datasetinin qalan hissəsini əhatə edən gizli liderlər cədvəli ictimai ediləcək və müsabiqənin yekun sıralamasını təşkil edəcəkdir.

f. Gizli liderlər cədvəlində qaliblər arasında olsanız, DataRace.AI kodunuzu tələb etmək üçün sizə e-poçt göndərəcək. E-poçtu aldıqdan sonra verilən təqdimetmə təlimatlarına uyğun olaraq modelinizi təqdim etmək üçün 24-48 saatınız (e-poçtda göstərildiyi kimi) olacaqdır. Emailə cavab verməmək müsabiqədən diskvalifikasiya ilə nəticələnəcəkdir.

g. Mükafatlı müsabiqədə, həlliniz yekun liderlər cədvəlində qalib mövqelərə yerləşirsə, qalib həll kodunuzu yoxlama üçün bizə təqdim etmək tələb olunacaq və bununla da müəllif hüquqlarını DataRace.AI-a (və/və ya yarışı yaradan şirkətə) həvalə etməyə razılıq verirsiniz.

h. Liderlər cədvəlində iki həll eyni bal qazanarsa, qalib təqdimetmənin tarix və vaxtı əsasında müəyyənləşdiriləcəkdir (daha tez təqdim olunan həll qalib gələcək).

i. Qaliblərə mükafatlar təqdim olunmazdan əvvəl şəxsiyyət vəsiqəsi təqdim etmələri və əlavə müqavilələr imzalamaları tələb oluna bilər. Qaliblər mükafatlara tətbiq olunan hər hansı vergilərə görə məsuliyyət daşıyırlar.

a. Təqdim etdiyiniz model icra olunarkən liderlər cədvəlindəki balınızla eyni nəticəni vermirsə, biz liderlər cədvəlindəki yerinizi uyğun mövqeyə dəyişdirmək hüququnu daşıyırıq.

b. Təqdim etdiyiniz model tələblərə uyğun işləmirsə, qalib mövqedən diskvalifikasiya ediləcəksiniz. Həllinizi təqdim etməzdən əvvəl modelinizin işlədiyinə əmin olun.

c. Həmişə seed təyin edin. Modelinizi yenidən icra etmək sizi həmişə liderlər cədvəlində eyni mövqedə göstərməlidir. Həllinizi işlədərkən təsadüfilik sizi liderlər cədvəlində aşağı salırsa, biz liderlər cədvəlindəki yerinizi uyğun mövqeyə dəyişdirmək hüququnu daşıyırıq

d. Tam sənədləşdirmə gözləyirik. Buna daxildir:

e. İstifadə olunan bütün data

f. Çıxış dəyərləri (output) və harada saxlanıldığı

g. İstifadə olunan xüsusiyyətlərin izahı

h. İstifadə olunan bütün paketlər və versiyaları olan requirements faylı

i. Həlliniz DataRace.AI tərəfindən təqdim olunan dataseti əhatə etməlidir

j. Datanın bütün redaktəsi kodda aparılmalıdır (yəni, məsələn Excel-də əl ilə düzəlişlər etmək qəbul edilmir.)

k. İşlədiləcək mühit (məs. Google Colab və ya local mühit parametrləri)

l. Hər notebook üçün gözlənilən icra müddəti. Bu, yoxlama komandasının vaxt və resurs bölgüsü üçün faydalı olacaqdır.

a. Təqdim etdiyiniz kod təqdim olunan orijinal train, test və digər datasetlər(əgər qaydalara uyğundursa) üzərində işləməlidir.

b. Xarici dataya icazə verildikdə, xarici data standart kitabxanalarla öncədən öyrədilmiş modellər daxil olmaqla, pulsuz və ictimai olaraq əlçatan olmalıdır. Xarici dataya icazə verildikdə, istifadə olunan hər hansı data və sonra müzakirə forumunda paylaşılmalıdır.

c. Paketlər:

d. İstifadə olunan bütün paketlər və versiyaları olan requirements faylı təqdim etməlisiniz.

e. Requirements faylı təqdim edilmədikdə, həllər mövcud olan ən son paketlər üzərində işlədiləcəkdir.

f. Yalnız hər kəsə əlçatan olan alətlərdən istifadə edə bilərsiniz, yəni kredit kartı tələb edən pullu xidmətlər və ya pulsuz sınaq versiyaları istifadə edilə bilməz.

a. Birinci pozuntu: Cari müsabiqədən diskvalifikasiya. Fırıldaqçılıqda tutularsanız, fırıldaqçılıqda iştirak edən bütün şəxslər tutulduğunuz müsabiqə(lər)dən diskvalifikasiya ediləcək və növbəti altı ay ərzində hər hansı müsabiqə qazanmaq hüququnuzdan məhrum olacaqsınız.

b. İkinci pozuntu: Platformadan qovulma. İkinci dəfə tutularsanız, DataRace.AI hesabınız deaktiv ediləcək və başqa hesabla müsabiqə qazanmaq hüququnuzdan məhrum olacaqsınız.

c. Qaydaları pozmuş şəxslər heç bir mükafatlandırma prosesinə cəlb olunmayacaqdır.

a. DataRace.AI müsabiqənin üst mövqelərindəki istənilən iştirakçının həllini nəzərdən keçirmək və bu əsasda yekun yerləşdirmələr barədə qərar vermək hüququnu saxlayır.

b. Müsabiqə bitdikdə üst mövqelərdəki həlləri nəzərdən keçirəcəyik.

c. Müsabiqə zamanı istənilən vaxt istənilən istifadəçidən model tələb etmək hüququnu saxlayırıq. Modelinizi qeyd olunan qaydalara (yuxarıya baxın) uyğun olaraq təqdim etmək üçün 24-48 saatınız olacaqdır. DataRace.AI model tələb etmə səbəblərini izah etməmək hüququnu saxlayır.

a. Siz qəbul edirsiniz və razılaşırsınız ki, DataRace.AI hər hansı öhdəlik olmadan, bu qaydalara zidd hərəkət etdiyinə inandığı istifadəçini diskvalifikasiya edə bilər. Bu müsabiqəyə daxil olmağınız bu rəsmi müsabiqə qaydalarını qəbul etdiyiniz anlamına gəlir.

b. Burada qeyd olunan qaydalar ilə müsabiqə səhifəsindəki qaydalar arasında ziddiyyətlər olarsa, həmin konkret müsabiqə üçün müsabiqə səhifəsindəki qaydalar üstünlük təşkil edir.

c. DataRace.AI bu qaydaları istənilən vaxt yeniləmək hüququnu saxlayır.

d. Əlavə suallarınız yaranarsa email vasitəsilə bizə ünvanlaya bilərsiniz: [email protected]