Tez-tez Verilən Suallar
DataRace platforması haqqında ən çox verilən suallara cavabları burada tapa bilərsiniz.
Datarace.ai AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanmış real datasetlər əsasında süni intellekt üzrə yarışların keçirildiyi platformadır. İştirakçılar real biznes problemləri üzərində işləyərək həllər hazırlayaraq yarışda iştirak edə bilərlər. DataRace.ai Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası çərçivəsində həyata keçirilir.
Platformanın məqsədi süni intellekt və data elmi üzrə mütəxəssisləri və həvəskarları bir araya gətirmək, real datasetlər üzərində praktiki həllər yaratmaqdır.
Platforma əsasən üç qrupa yönəlib: data və süni intellekt mütəxəssisləri (o cümlədən əlaqəli sahədə çalışan şəxslər), bu sahə ilə maraqlanan universitet tələbələri və süni intellektə marağı olan hər kəs.
Xeyr. Platforma həm təcrübəli mütəxəssislər, həm də bu sahədə inkişaf etmək istəyən hər kəs üçün nəzərdə tutulub.
Real şirkətlərin təqdim etdiyi real biznes problemləri üzərində işlənir. Məsələn: proqnozlaşdırma modelləri, optimallaşdırma tapşırıqları və digər maşın öyrənməsi problemləri.
İştirakçıların təqdim etdiyi həllər modelə uyğun qiymətləndirmə metrikası ilə qiymətləndirilir. Qalib şəxslərin modelləri yarışmanı təşkil edən komanda tərəfindən yenidən nəzərdən keçirilir və yekun qaliblər müəyyən olunur.
Yarışlarda yalnız fərdi qaydada iştirak etmək mümkündür.
Platforma sizə real datasetlərlə işləmək, praktiki təcrübə qazanmaq, öz biliklərinizi nümayiş etdirmək və potensial iş imkanları əldə etmək imkanı yaradır.
Bəli. Yarışlarda pul mükafatları və digər təşviqlər təqdim edilə bilər.
Datasetlər real şirkətlər tərəfindən təqdim olunur və real biznes problemlərini əks etdirir.
Maliyyə, nəqliyyat, energetika, səhiyyə və telekommunikasiya kimi sahələr üzrə yarışlar keçiriləcək.
Şirkətlər real biznes problemlərini platformaya yerləşdirə, çoxsaylı mütəxəssislərin həlləri arasından ən yaxşı həlləri əldə edə bilərlər. Həmçinin, yüksək bacarıqlı mütəxəssisləri komandalarına dəvət edə bilərlər.
Platforma şirkətlərə kompleks problemlərə daha sürətli və effektiv şəkildə həllər tapmağa imkan verir.
Bəli. DataRace.ai ətrafında aktiv data və AI icmasının formalaşdırılması planlaşdırılır.
Bəli. Tutoriallar, yarış izahları və digər maarifləndirici kontentlər təqdim ediləcək.