ADY - Qatar Doluluğunun Proqnozlaşdırılması
ADY - Qatar Doluluğunun Proqnozlaşdırılması yarışı DataRace.ai platformasında! Süni intellekt modelinizi qurun və mükafat fondundan pay qazanın.Oxşar yarışlar
Bunlar da maraqlı ola bilər
Bunlar da maraqlı ola bilər
Bu yarışın məqsədi Azərbaycan Dəmir Yollarının (ADY) daxili sərnişin qatarlarında hər bir qatar, gediş tarixi və qonşu stansiyalararası seqment (qatarın marşrutunda ardıcıl dayandığı iki stansiya arasındakı yol hissəsi, məs. Gəncə–Goran) üzrə yer doluluğunu proqnozlaşdıra bilən modellərin qurulmasıdır. Sərnişinlər aralıq stansiyalarda qatara minib düşə bildiyi üçün doluluq marşrut boyu sabit qalmır və hər seqment üçün ayrıca hesablanır.
Sizin vəzifəniz süni intellekt, maşın öyrənməsi və ya digər metodlardan istifadə etməklə 2024-cü ilin yanvarından 2026-cı ilin fevral ayının sonuna qədər olan tarixi məlumatları analiz etmək, qatar tərkibinin, vaqon sayının və satışın planlaşdırılmasını dəstəkləmək üçün 1 mart 2026 – 30 iyun 2026 dövründəki gedişlər üzrə hər bir seqmentin doluluğunu (occupancy) düzgün proqnozlaşdırmaqdır.
Azərbaycan Dəmir Yolları (ADY) — Azərbaycanda dəmir yolu ilə sərnişin və yük daşımalarını həyata keçirən milli operatordur. ADY Bakı ilə regionlar arasında müntəzəm sərnişin qatarları işlədir və rəqəmsal həllər vasitəsilə xidmət keyfiyyətinin artırılmasına çalışır.
Təqdim edilən həllərin qiymətləndirilməsi Weighted RMSE (çəkili RMSE) metriki əsasında aparılacaqdır. Metrikin ətraflı izahı "Verilənlər" bölməsində verilmişdir.
Bu yarış çərçivəsində təqdim olunan dataset MSİM və Yarışın Ev Sahibi (ADY) şirkətinin müstəsna mülkiyyətidir. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" və "Fərdi məlumatlar haqqında" AR Qanunlarına əsasən:
1-Cİ YER
Apple M5 çipi, 10 nüvəli CPU və 10 nüvəli GPU, 16GB, 1TB SSD
2-Cİ YER
Apple M5 çipi, 10 nüvəli CPU və 10 nüvəli GPU, 16GB, 512GB SSD
3-CÜ YER
Apple M5 çipi, 10 nüvəli CPU və 8 nüvəli GPU, 16GB, 512GB SSD